AZ

"Regional problemlər regional həllər tələb edir" - Hakan Fidan

Regional problemlər regional həllər tələb edir. 

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Monteneqronun İstanbuldakı Baş Konsulluğu tərəfindən “Monteneqronun Dövlətçilik Günü”nə həsr olunmuş ziyafətdə deyib. 

Fidan çıxışı zamanı regional münaqişələrin və qlobal problemlərin həlli kontekstində beynəlxalq sistemin fəaliyyətinə toxunub. Nazirin fikrincə, beynəlxalq sistem nə qlobal problemləri, nə də regional münaqişələri həll etmək iqtidarındadır: "Qlobal ədalətin bərqərar olması üçün ilk addım bizim coğrafi ərazimiz daxilində atılmalı və dəyişikliklər ətrafımızda başlamalıdır.

Biz Türkiyə olaraq bu məsələyə biganə qalmamışıq, hər zaman lazımi addımları atmağa hazırıq. Cənab Prezidentimizin qəbul etdiyi vizyona uyğun olaraq mübarizəmizi qətiyyətlə davam etdiririk. Bizim özü həll yolları yaradan və məsuliyyəti öz üzərinə götürən xarici siyasətimiz var. Bununla da hər zaman yaxın ətrafımızı prioritetləşdiririk

Biz bilirik ki, regionumuzda sülh, ədalət və sabitlik yaratmasaq, dünyada da ümid yarada bilmərik". 

Ağarza Elçinoğlu 

Seçilən
19
3
unikal.az

4Mənbələr