Musavat.com xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov İsrailin Dohaya endirdiyi zərbələri beynəlxalq hüququn pozulması, suveren dövlətin ərazi bütövlüyünə qəsd kimi dəyərləndirib.
Rusiyanın Ukraynada törətdikləri, tarixdə faşist Almaniyasının qara səhifələrindən daha dəhşətli səhnələri xatırladır. Belə bir dövlətin kiməsə, o cümlədən İsrailə “beynəlxalq hüquq”dan dərs keçmək haqqı yoxdur.
Əgər Rusiya doğrudan da “ədalət” və “qanun” dərdi çəkirsə, ilk növbədə “dərmanı keçəl başına çəksin” – yəni öz vandalizminə son qoysun. Bu da başqa bir Azərbaycan atalar sözüdür.