AZ

“Fənərbağça”dan gözlənilməz transfer cəhdi - İngiltərədən gəlir

“Fənərbağça” transfer dövrünün bitməsinə az qalmış yarımmüdafiə transferi üçün hərəkətə keçib.


Manset.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, “Fənərbağça” yarımmüdafiə transferi üçün “Brentford” formasını geyinən 19 yaşlı Yunus Emre Konak ilə maraqlanır.

Yağız Sabuncuoğlunun xəbərinə görə, “Fənərbağça” “Brentford” formasını geyinən Yunus Emre Konak üçün rəsmi təklif edib. “Fənərbağça”nın etdiyi ilk təklif kifayət qədər uyğun hesab edilməyib.

“Brentford”un qəbul etmədiyi təklifin 10 milyon avro və bonuslardan ibarət olduğu ortaya çıxıb.

“Fənərbağça”nın gənc futbolçunun transferi üçün cəhdlərini davam etdirməsi gözlənilir.

19 yaşlı gənc yarımmüdafiəçi ötən mövsüm “Sivasspor”dan “Brentford”a 4,5 milyon avro müqabilində transfer olunmuşdu.

Seçilən
24
manset.az

1Mənbələr