AZ

Xəstəxanada vurulan antibiotikdən sonra həyatını itirən şəxslə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verildiyi kimi Xaçmazda 45 yaşlı kişi antibiotik vurulandan sonra həyatını itirib. Belə ki, Xaçmazın Qaraçı kənd sakini, 45 yaşlı Rahim Tariyel oğlu Məmmədov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ona vurulmuş antibiotik iynəsindən sonra dünyasını dəyişib.

Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, 10.09.2025-ci il saat 16:00 radələrində 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs üçlü sinirin nevralgiyası, astenonevrotik vəziyyət, xroniki haymoritin kəskinləşməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
 

Onda vurulan antibiotik inyeksiyası sınağından sonra allergik reaksiya nəticəsində anaflaktik şok baş verib. Həkimlərin çoxsaylı səyləri və göstərilən bütün reanimasiya tədbirlərinə baxmayaraq saat 16:10 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.


Ailə üzvləri meyitin təşrih üçün göndərilməsindən imtina edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
14
1
bizim.media

1Mənbələr