AZ

Çimərlik futbolu: Millimiz Belçika yığmasına qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının (EBSL-2025) final mərhələsində ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, B Liqasının A qrupunda yer almış millimiz Belçika yığması ilə qarşılaşıb.

İtaliyanın Viarecco şəhərində baş tutmuş görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev dubla imza atıb. Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev isə hərəyə bir qol vurublar.

Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.

error: Məzmun qorunur!
Seçilən
19
2
arena.az

10Mənbələr