AZ

Bakıda Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri görüşüblər

Azərbaycan və Qazaxıstan respublikalarının müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Qazaxıstanın Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində hər iki ölkənin maliyyə üzrə hərbi mütəxəssisləri arasında görüş keçirilib.

Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə müdafiə xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi, pul vəsaitlərinin uçotunun aparılması, eləcə də hərbi əmlakın uçotunun xüsusiyyətləri, pul təminatının və əməkhaqqının ödənilməsi qaydalarına dair müzakirələr aparılıb.

Görüş zamanı, həmçinin bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Seçilən
19
22
azerbaijan-news.az

10Mənbələr