Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti sabiq prezident Mixail Saakaşvilinin müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının siyasi şurasının sədri Levan Xabeişvilini saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
"Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Levan Xabeişvilini saxlayıb", - deyə telekanal xəbər verib.
Xabeişvili həbsdə olarkən deyib ki, təhlükəsizlik qüvvələri yalnız Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri Mamuka Mdinaradzenin əmrlərini yerinə yetirir. O, belə bir nəticə gözlədiyini etiraf edib.