AZ

“Niva”nı ötmək istədi, dostunun ölümünə səbəb oldu

Spirtli içki içməyə gedən dostlar yolda qəzaya düşüb. Onlardan biri avtomobilin altında qalaraq hadisə yerində dünyasını dəyişib.

Avtosfer.az xəbər verir ki, hadisə Ağdam rayonun Xıdırlı kəndi istiqamətində baş verib. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

Hadisəyə səbəb "VAZ 2107” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşması olub. Avtomobili 1992-ci il təvəllüdlü Məmmədov Natiq Zakir oğlu idarə edirmiş.

Maşında Allahverənov İlyas Allahyar oğlu, 1997-ci il təvəllüdlü Əmənov Elmin Arzu oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Amik Rafiq oğlu da olub. İlyas Allahverdiyev maşından yıxılıb. Sonra maşın onun üzərinə aşıb. İlyas hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan 4 nəfər dost olublar. Onlar hadisədən bir neçə saat əvvəl spirtli içki qəbul ediblər. Sonra yenə içki içmək istəyiblər. Pulları olmadığı üçün bir az düşünüblər. Sonra İlyas 30 manatı olduğunu, içki içməyə gedə biləcəklərini deyib.

Qəzanı törədən Namiq deyib ki, İlyasın bu təklifi ilə razılaşmayıb. Lakin İlyas təkid etdiyi üçün yola çıxıblar.

Yolda olan zaman Namiqin idarə etdiyi maşını başqa bir avtomobil ötərək keçib. Namiq də buna əsəbləşərək həmin “Niva” markalı maşının arxasınca gedərək onu ötmək istəyib. Bu zaman yolun çuxurlu hissəsinə düşüb və avtomobilin idarə etməsini itirib.

Namiq əməlindən peşman olduğunu deyib. Bildirib ki, dünyasını dəyişən İlyasla və digər zərərçəkmiş şəxslərlə dost olub.

Mərhumun ailə üzvləri Namiqi bağışlayıblar. Lakin bildiriblər ki, Namiq və ailəsi onlara heç bir dəstək göstərməyib.

Məhkəmənin hökmü ilə Namiq 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək.(musavat)

Seçilən
20
5
avtosfer.az

6Mənbələr