“Sumqayıt” klubunda ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, klub futbolçusu Kamran Quliyev ilə vidalaşıb. "Sumqayıt" və hücumçu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2023-cü ildən "Sumqayıt"ın formasını geyinirdi.