AZ

Gürcüstanda keçmiş müdafiə naziri həbs edilib

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti keçmiş müdafiə naziri Xuanşer Burçuladzeni həbs edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Burçuladze məhkəmənin qərarı əsasında vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni gəlirlərin leqallaşdırılması ittihamı ilə saxlanılıb.

Hazırda istintaqın davam etdiyi, əlavə detalların yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi bildirilib.

Seçilən
4
5
qaziler.az

6Mənbələr