AZ

Sui qəsd qurbanı qəhrəmana çevrildi: Tramp Kirki təltif edəcək

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən gün qətlə yetirilən amerikalı bloger Çarli Kirk ölümündən sonra ABŞ Prezidentinin Azadlıq Medalı ilə təltif ediləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

“Sevindirici xəbəri paylaşmaq istəyirəm: yaxın vaxtlarda mən Çarli Kiri ölümündən Prezidentin Azadlıq Medalı ilə təltif edəcəyəm”, – Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, Prezidentin Azadlıq Medalı ABŞ-ın ən yüksək mülki mükafatı sayılır. Bu mükafat 1945-ci ildə prezident Harri Trumenin qərarı ilə hərbi əməliyyatlarda fərqlənən şəxslərə verilmək üçün təsis edilib. 1963-cü ildə isə prezident Con Kennedi mükafatın statusunu dəyişərək onu sülh dövründə də təqdim etməyə icazə verib. O vaxtdan etibarən medal ABŞ-ın təhlükəsizliyinə, milli maraqlarına, ümumi sülhə, mədəniyyətə və ya digər mühüm ictimai və şəxsi təşəbbüslərə böyük töhfə verən şəxslərə təqdim olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
globalinfo.az

1Mənbələr