AZ

Tramp Lukaşenkoya hədiyyə göndərib

ABŞ prezidenti Donald Tramp belaruslu həmkarı Aleksandr Lukaşenkoya Ağ Evin təsviri olan qol düymələri hədiyyə edib.

Qaziler.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Hədiyyə Minskə səfərə gələn ABŞ prezidentinin nümayəndəsi Con Koul vasitəsilə təqdim edilib.

"Bəli, maraqlı qol düymələridir. Ağ Evin təsviri ilə... Borclu qalmamağa çalışacağam", - deyən Lukaşenko Kouldan hədiyyəni qəbul edib.

Koul Belarusa Trampın adından gəlib. Onun sözlərinə görə, Lukaşenko görüş zamanı Amerika liderinə sülhməramlı səylərə görə təşəkkür edib.

QAZİLER.AZ

Seçilən
12
1
qaziler.az

2Mənbələr