BAKI, 11 sentyabr. TELEQRAF
Ukraynaya məxsus pilotsuz təyyarələrin Belqorod vilayətinin Komsomolski və Krasnaya Yaruqa kəndlərinə hücumları nəticəsində 3 nəfər yaralanıb
Teleqraf xəbər verir ki,bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat verib ..
"Belqorod rayonunun Komsomolski kəndində PUA-nın endirilməsi nəticəsində iki nəfər yaralanıb. Barotravma və kor qəlpə yaraları olan 18 yaşlı qız və kişi təcili yardım briqadası tərəfindən 2 saylı Belqorod şəhər xəstəxanasına aparılır. Hücum zamanı 4 avtomobilə ziyan dəyib", - o yazıb.
Həmçinin Krasnaya Yaruqa kəndində dronun partlaması nəticəsində bir qadın kürəyindən kor qəlpə yarası alıb. Təcili yardım briqadası onu 2 saylı Belqorod şəhər xəstəxanasına aparır.
Ukraynaya məxsus pilotsuz təyyarələrin Belqorod vilayətinin Komsomolski və Krasnaya Yaruqa kəndlərinə hücumları nəticəsində 3 nəfər yaralanıb