AZ

"Sabah" vinger transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc futbolçu Aaron Maluda Fransanın “Lill” klubundan bir illik icarəyə götürülüb.

Maluda Fransanın “Lion” klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim” klublarının ikinci və əsas komandalarında oynayıb.

Vinger mövqeyində çıxış edən Aaron, Fransanın U-19 millisinin də üzvü olub.

Qeyd edək ki, paytaxt təmsilçisi bunadək Fəxri Məmmədli ("Şamaxı"dan icarədən qayıdıb),  Valdas Dambrauskas (baş məşqçi), Akim Zedadka ("Pyast", Polşa) Stiv Solvet (“Martiq”, Fransa), Zinədin Uld Xaled ("Anje", Fransa), Timoteuş Puxaçı (icarə, “Holştayn Kil”, Almaniya) sıralarına qatıb.
Seçilən
10
sherg.az

1Mənbələr