BAKI, TurkicWorld, Səməd Əyyubov
ABŞ-lı siyasətçi, Respublikaçı mühafizəkar fəal Çarli Kirkə qarşı həyata keçirilən sui-qəsddə istifadə olunan silah tapılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Federal Təhqiqat Bürosu (FTB) məlumat yayıb.
Məlumata görə, sui-qəsdi törədən şəxslərin universitet tələbələri olduqları müəyyən edilib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp “qatili tapan şəxsə prezidentlik medalı veriləcəyini” bəyan edib.
Xatırladaq ki, hadisə sentyabrın 10-da Yuta ştatında baş verib. Kirk günorta saatlarında “Yuta Valley” Universitetində keçirilən tədbirdə çıxış edərkən naməlum istiqamətdən açılan atəş nəticəsində vurulmuşdu.
Sui-qəsddən bir müddət sonra Tramp “Truth Social” platformasında Kirkin ölümünü təsdiqləmişdi.