AZ

İspaniya nəhəngi "Qalatasaray"ın ulduzunu ALIR

İspaniyanın məşhur klubu "Atletiko Madrid" "Qalatasaray"ın futbolçusu Yunus Akgünü transfer hədəfinə alıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi oyunçunu yaxından izləmək üçün skautlarını Türkiyəyə göndərmək qərarına gəlib.

Əgər klub rəsmiləri 25 yaşlı futbolçunun çıxışından razı qalsalar, transferi reallaşdırmaq üçün 14 milyon avro ödəmələri lazım olacaq.

Qeyd edək ki, Yunus Akgünün "Qalatasaray"la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Hüseyn
Milli.Az

Seçilən
20
1
milli.az

2Mənbələr