AZ

NATO qərar verdi: Rusiyanın Polşaya hücumundan sonra...

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

NATO Rusiya dronlarının Polşaya hücumundan sonra şərq qanadını gücləndirir.

Globalinfo.az bildirir ki, “Bloomberg”in məlumatına görə, NATO komandanlığı Polşanın hava məkanına 19 Rusiya dronunun daxil olmasından sonra müdafiə tədbirlərini gücləndirməyi planlaşdırır.

Cavab tədbirlərinin koordinasiyası Avropadakı NATO Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı general Alexus Grinkeviçə həvalə olunub.

Die Welt-in məlumatına görə, beş dron birbaşa NATO bazasına doğru uçub. Buranın Ukraynaya hərbi yardımın çatdırıldığı məkan olduğu bildirilir. NATO hesab edir ki, bu hadisə alyansın dronlara qarşı reaksiyasını və resurslarını sınamaq məqsədilə həyata keçirilib.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) qeyd edir ki, bu, Rusiya tərəfindən məqsədyönlü təşkil edilən əməliyyat olub. Sentyabrın 9-dan 10-na keçən gecə Polşaya 19 dron daxil olub ki, bu da əvvəlki bütün dövrlərdə baş verən dron pozuntularının üç qatıdır. Ekspertlər hesab edir ki, bu, təsadüfi və ya operator səhvi nəticəsində mümkün deyil.

Dronların böyük əksəriyyəti kəşfiyyat tipli “Geran” dronları olub, bəzilərində kamera quraşdırılmayıb. ISW bildirir ki, bu dronlar tez-tez rus ordusu tərəfindən “Şəhid” tipli dronları təqlid etmək üçün istifadə olunur. NATO ucuz dronlarla mübarizə üçün milyonlarla avro dəyərində texnika tətbiq edib ki, bu da alyansın belə kütləvi pilotsuz hücumlara qarşı hazırlığını sual altına qoyur.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr