AZ

İtaliya səfiri Piccioni Rusiyadakı diplomatik missiyasının başa çatdığını elan edib

İtaliyanın Rusiyadakı səfiri Sesiliya Piççioni Moskvadakı diplomatik missiyasını başa vurur.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 11-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Sentyabrın 11-də Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko İtaliya Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Sesiliya Piççionini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar protokol səfəri ilə qəbul edib”, - deyə internet saytında bildirilir.

Qeyd olunur ki, səfir bu vəzifəni 2024-cü ilin iyul ayından tutub.

QAZİLER.AZ

Seçilən
6
qaziler.az

1Mənbələr