AZ

Suraxanıda 600 dən yuxarı bal toplayan məzunlarla görüş keçirildi FOTOLAR

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Sentyabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2025/2026-cı tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, məktəb direktorları və məzunlar iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Daha sonra Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbir açıq elan edilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tədbiri giriş sözü ilə açaraq bütün məzunları təbrik edib və bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir.

Adil Əliyev qeyd edib ki, ötən tədris ilində Suraxanı rayonu üzrə ümumtəhsil məktəblərini bitirən 3637 şagirdin 1795 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 116 nəfəri 600-dən çox bal toplayıb.

Tədbirdə çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara uğurlar arzulayıb. O, diqqətə çatdırıb ki, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar gəncləri yüksək təhsil almağa və gələcəkdə dövlətimizə və xalqımıza layiqli xidmət göstərməyə ruhlandırır.

Milli Məclisin deputatı Qaya Məmmədov da çıxış edərək tələbə adını qazanan bütün məzunları təbrik edib, onlara bilik və bacarıqlarını daha da inkişaf etdirərək gələcəyin uğurlu mütəxəssisləri və cəmiyyətin aparıcı qüvvəsi olmağı arzulayıb.

Tədbirdə 285 nömrəli tam orta məktəbin direktoru Nuranə Yəhyayeva, qəbul imtahanlarında 680,3 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunmuş 89 №li tam orta məktəbin məzunu Bağırova Aişə Faiq qızı, 638 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olunmuş 279 №li tam orta məktəbin məzunu Qarayev Fərid Əhməd oğlu çıxış ediblər.

Suraxanı rayonu üzrə 687 bal toplayaraq ən yüksək nəticəni əldə edən, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olunmuş rayon 1-cisi Əhməd Aişə İlqar qızı 104 nömrəli məktəbin məzunu olduğu üçün, elə həmin məktəbin 1-ciləri də məzunlarımızı təbrik etdilər.

Sonra Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən məzunlara hədiyyələr, RİHB-nin Fəxri Fərmanları təqdim olunub.

Tədbirin bədii hissəsində 3 saylı Uşaq Gənclər İnkişaf mərkəzinin “Azəri inciləri” vokal qrupu, Mirzəağa Əliyev adına Mədəniyyət Evinin “İnci” rəqs ansamblı, Raul Hüseynov, sevilən müğənni İlhamə Qasımova çışxış ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
5
unikal.az

6Mənbələr