Ağır xəstə olan aktyor Brüs Uillisin həyat yoldaşı Emma Heminq-Uillis "Vanity Fair" jurnalına müsahibəsində diaqnoz qoyulmamış ondan boşanmaq istədiyini bildirib.
HİT.az xəbər verir ki, Emma ərinə demans diaqnozu qoyulmazdan əvvəl evliliyinin dağıldığını hiss etdiyini etiraf edib. Onun sözlərinə görə, o an anlayıb ki, əri artıq əvvəlki kimi deyil.
"Mən düşündüm ki, nə baş verir? Bu mənim evləndiyim adam deyil. Bir şey səhvdir. Və mən sadəcə bunun nə olduğunu anlaya bilmədim. Həyatımızın o dövrünü indi xatırlamaq mənim üçün çox çətindir", deyə Heminq-Uillis etiraf edib.
Aktrisa diaqnozdan sonra itkiyə düşdüyünü bildirib. Emma o zaman çox qəzəbli və əsəbi olub:
"Əsəbiləşdiyim şeylə kimə əsəbiləşdiyimi ayırmaq mənim üçün çox çətin idi. Sadəcə, əhvalım yaxşı deyildi. Bu, Brüs üçün yaxşı deyildi, bu bizim uşaqlar üçün yaxşı deyildi, heç kimə, xüsusən də mənə yaxşı deyildi".
Brüs Uillisin aktrisa Demi Murdan üç övladı var. Onlar Rumer, Tallula və Scout adlı qızları böyüdüblər. Sənətçilər 1987-ci ildən 2000-ci ilə qədər 13 ilə yaxın evli olublar. Boşandıqdan sonra 2009-cu ildə Brüs Uillis özündən 23 yaş kiçik model Emma Heminqlə ailə həyatı qurub. Cütlük iki qız böyüdür: Mabel Rey və Evelyn Penn.
2023-cü ilin fevral ayında Brüs Uillisin ailəsi aktyorda frontotemporal demensiya inkişaf etdirdiyini açıqlayıb. Bu xəstəlik idrak qabiliyyətinin tədricən itirilməsinə gətirib çıxarır.
Samir