AZ

Nepal ordusu iğtişaş zamanı qaçan 200 məhbusu geri qaytardı

Nepal ordusu hökumətin devrilməsi ilə nəticələnən kütləvi etirazlar zamanı həbsxanalardan qaçan təxminən 200 məhbusu geri qaytarmağa nail olub.

Ölkə.az bu barədə "AFP"yə istinadla xəbər verir ki.

Polisin məlumatına görə, ölkə boyu baş verən iğtişaşlar zamanı təxminən 13 500 məhbus həbsxanalardan qaçıb və təhlükəsizlik qüvvələri böyük çətinliklərlə vəziyyətə nəzarəti bərpa edə bilib.

Qeyd olunur ki, onlar ölkənin cənub-şərqində yerləşən Racbirac şəhərindəki həbsxanadan qaçıblar. Paytaxt Katmandunun şərqində, Rameçxap şəhərindəki başqa bir həbsxanada döyüşlər başlayıb və Nepal ordusu “atəş açaraq 12 məhbusu yaralayıb, ikisini isə öldürüb”.

Nepal ordusu həmçinin iğtişaş zamanı nümayişçilərin avtomat silahlarla hərəkət etdiyi vaxt ələ keçirilən təxminən 100 ədəd silahı da geri qaytarmağa müvəffəq olub. Parlament, hökumət və prezident idarələri, kommersiya binaları və “Hilton” oteli etirazçıların dağıdılmasında azı 19 nümayişçinin öldürülməsindən sonra yandırılıb.

Həmidə İbrahimova

Seçilən
12
1
olke.az

2Mənbələr