AZ

Salyanda kanalda meyiti tapılan gəncin ölümünün TƏFƏRRÜATI

Salyan rayonunda suvarma kanalında meyiti aşkarlanan Yenikənd sakini, 2006-cı il təvəllüdlü Ramil Əhməd oğlu Babazadənin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.

R.Babazadə sentyabrın 6-da saat 14 radələrində yaxınlıqdakı mağazada olan terminaldan bank kartına pul göndərmək üçün getdiyini deyərək evdən çıxıb. Həmin vaxtdan sonra Ramil evə qayıtmayıb.

Bir gün axtarılandan sonra valideynləri onun itkin düşməsi barədə rayon polis şöbəsinə məlumat veriblər. Bundan sonra Salyan Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar və R.Babazadə barədə axtarış elan edilib.

Sentyabrın 10-da axşam saatlarında onun meyiti kanaldan tapılıb.

Oxu.az

Seçilən
16
2
editor.az

3Mənbələr