AZ

“Rusiya vergi artımlarını müzakirə edir” – “The Bell”


“Rusiya hökuməti hərbi xərclərə görə artan büdcə kəsiri fonunda əlavə dəyər vergisinin (ƏDV) artırılmasını müzakirə edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Bell” mənbələrə istinadən məlumat yayıb. 
Bildirilib ki, vergilər mütləq qaldırılacaq.
Mənbələr qeyd edirlər ki, ƏDV-nin artırılması ən çox ehtimal olunan variantlardan biri hesab olunur, sosial əhəmiyyətli kateqoriyalar üçün isə istisnalar olacaq.
Mənbələrdən biri təklif olunan artımla bağlı rəqəmləri adlandırıb – 20%-dən 22%-ə. Digər mənbə əlavə edib ki, mənfəət vergisi və fərdi gəlir vergisinin artırılması da daxil olmaqla, digər variantlar da müzakirə olunur. Mənfəət vergisi dərəcələri artıq 2025-ci il yanvarın 1-dən 20%-dən 25%-ə qaldırılıb. Həmin tarixdən maksimum 22%-lik fərdi gəlir vergisinin mütərəqqi miqyası tətbiq edilib.
Seçilən
4
2
yeniavaz.com

3Mənbələr