BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ prezidentinin nümayəndəsi Con Koul Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə ona ABŞ prezidenti Donald Trampın hədiyyəsini - ABŞ prezidentlərinin Vaşinqtondakı rəsmi iqamətgahı olan Ağ Evin təsviri olan qol düymələrini təqdim edib.
Teleqraf xəbər verir ki, barədə BELTA məlumat yayıb .
"Mən artıq Oval kabinetdən çıxırdım. O (Tramp) məni saxladı və soruşdu: "Gözləyin, dayanın, dayanın, bunu prezidentə (Lukaşenkoya) verməyi unutmayın", - Koul deyib.
Lukaşenko isə bildirib ki, "bəli, maraqlı qol düymələridir, Ağ Evin təsviri ilə, çalışacağam ki, borcum qalmasın".