AZ

Yeni tədbirlər qeyri-qanuni miqrasiya ilə mübarizəyə kömək edəcək...

Rusiya məktəblərində miqrant uşaqların təhsilinə qoyulan məhdudiyyətlər ölkəyə əmək miqrantlarının ümumi axınına təsir göstərə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Dövlət Dumasının deputatı, Əmək, sosial siyasət və veteranlarla iş üzrə komitənin üzvü Svetlana Bessarab deyib.

Rosobrnadzorun məlumatına görə, təhsil təşkilatları xarici vətəndaşlığı olan 23 616 uşaq üçün sənəd qəbul edib.

8223 uşaq üçün sənədlərin tam toplusu təqdim edilib.

Rus dili üzrə imtahanda 5940 uşaq iştirak edib, onlardan 2964 uşaq müvəffəqiyyətlə keçib ki, bu da təqdim olunmuş sənədlərin ümumi sayının 12,6 faizini təşkil edir.

Agentlik qeyd edir ki, azyaşlı xarici vətəndaşların 87 faizdən çoxu rus məktəblərinə qəbul oluna bilmir.

Bessarab vurğulayıb ki, uşaqların əhəmiyyətli bir hissəsi arasında rus dilini bilmə səviyyəsinin aşağı olması ayrıca dil mühiti yarada, akademik uğursuzluğa səbəb ola bilər və milliyyətə əsaslanan diaspora formalaşdıra bilər.

Deputat həmçinin Pravda.Ru-ya qeyd edib ki, yeni tədbirlər qeyri-leqal miqrasiyanın məhdudlaşdırılmasına kömək edəcək.

Qalma qaydalarını pozan nəzarət edilən şəxslər yenidən ölkəyə giriş qadağası ilə deportasiya edilir ki, bu, Bessarabın fikrincə, Rusiyadakı miqrasiya vəziyyətinə “müəyyən təsir” göstərəcək.

Xatırladaq ki, sentyabrın 11-dən ölkədən deportasiya edilməzdən əvvəl Rusiya Federasiyasında qalmaq üçün qanuni əsaslarını itirmiş əcnəbilər üçün əsas xidmətlərin alınmasına məhdudiyyətlər tətbiq ediləcək.

Əli Babayev

Seçilən
3
1
sia.az

2Mənbələr