AZ

Tramp Kirki ölümündən sonra təltif edəcək

ABŞ prezidenti Donald Tramp öldürülən siyasi fəal Çarli Kirki ölümündən sonra Azadlıq medalı ilə təltif edəcək.

"Unikal" xəbər verir ki, Pentaqonda 11 sentyabr terror aktlarının ildönümünə həsr olunmuş mərasimdə çıxış edən Tramp mükafatlandırma mərasiminin yaxın vaxtlarda baş tutacağını, dəqiq tarixin isə daha sonra açıqlanacağını qeyd edib.

"Mən tezliklə Çarli Kirkə Azadlıq medalını ölümündən sonra təqdim edəcəyimi elan etməkdən məmnunam. Mərasimin tarixi açıqlanacaq", - Tramp deyib.

Seçilən
4
unikal.az

1Mənbələr