AZ

Sergen Yalçın istəklərini açıqladı – siyahıda "Fənərbağça"dan 3 futbolçu

"Beşiktaş" rəhbərliyi qış transfer pəncərəsi üçün ciddi addımlar atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, baş məşqçi Sergen Yalçın klub rəhbərliyindən üç futbolçunun heyətə qatılmasını istəyib.

Siyahıda olan futbolçular:
    •    İsmayıl Yüksək (Fənərbağça)
    •    Oğuz Aydın (Fənərbağça)
    •    Cenk Tosun (Fənərbağça)

Bu barədə məlumatı türkiyəli  jurnalist Aygün Özipek yayıb.

Sergen Yalçının bu addımıyla Beşiktaş həm mərkəz yarımmüdafiədə, həm hücum xəttində, həm də yerli futbolçu limitində güclənməyi hədəfləyir.

Seçilən
6
1
fanat.az

2Mənbələr