AZ

Lukaşenkodan Trampla bağlı çağırış: Hazıram

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Donald Trampın münaqişələrin dayandırılması istiqamətindəki səylərinə dəstək verməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, Lukaşenko Trampın prezidentliyi dövründə altı və ya yeddi müharibə və qarşıdurmanı dayandırdığını xatırladaraq deyib:

“O, doğrudan da heç bir digər prezident kimi deyil, müharibələrin olmaması üçün çalışır. Onun əsas vəzifəsi isə Ukraynadakı müharibəyə son qoymaqdır. Bu, bizim üçün ən mühüm istiqamətdir. Ona görə də biz onun bu səylərini hər cür dəstəkləməliyik”, – Lukaşenko vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr