AZ

Lukaşenko tərəfindən əfv olunanlar arasında üç Polşa vətəndaşı da var

BAKI, 11 sentyabr. TELEQRAF

"Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən əfv edilərək azadlığa buraxılan 52 məhbus arasında üç Polşa vətəndaşı da yer alıb."

Teleqraf xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əfv edilənlər sırasında həmçinin Polşa mediası ilə əməkdaşlıq edən səkkiz belaruslu jurnalist də var. Onlardan bəziləri Belarusda fəaliyyəti qadağan olunmuş "Belsat" televiziya kanalının əməkdaşlarıdır.

Qeyd edək ki, "Belsat TV" Polşadan yayımlanan və Belarusdakı siyasi hadisələri işıqlandıran müstəqil media qurumudur.

Seçilən
13
teleqraf.com

1Mənbələr