Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
1 yanvar – 1 sentyabr tarixləri arasında Rusiyada avtomobil salonlarının və şourumlarının sayı 9% azalaraq 7284 nöqtəyə düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes” jurnalının Rusiya nəşri yazır.
"Şəhər-milyonçular” arasında ən böyük azalma Rostov-Donda (-29,3%), Voronejdə (-18,8%), Krasnoyarskda (-17,2%), həmçinin Volqoqrad (-18,3%) və Samarada (-18,2%) qeydə alınıb.
Azalma Rusiyanın ən iri bazarlarında da müşahidə olunub: Moskvada -11,1%, Sankt-Peterburqda isə - 17,6%.
2025-ci ilin ilk yarısında ən çox bağlanan diler mərkəzlərinin ilk beşliyi yalnız Çin markalarına məxsusdur:
Li Auto – 43,
Bestune – 38,
Kaiyi – 30,
Dongfeng – 29,
BAIC – 27.
Mütəxəssislərin sözlərinə görə, bu gün Rusiyada dilerlərin təxminən üçdə biri ciddi maliyyə çətinlikləri yaşayır və ya fəaliyyətini dayandırmaq həddindədir. Çünki bazar strukturu nə istehsalçılar, nə də satıcılar üçün kifayət qədər gəlirlilik təmin etmir.
Əsas problemlər – yeni avtomobillərə tələbatın aşağı olması, satıcıların xərclərinin artması və Çin istehsalçılarının diler şəbəkələrini düzgün qurmaması ilə bağlıdır. Bu isə bazarın həddindən artıq doymasına gətirib çıxarıb.
Məsələn, hazırda Rusiyada regional dilerlər ildə orta hesabla 220-250 avtomobil sata bilir. Müqayisə üçün, ABŞ-da bu göstərici təxminən 1000 avtomobildir.
Rusiyalı mütəxəssislər bildirirlər ki, hətta ən yaxşı senaridə belə ilin sonuna bazarda azı 10% azalma gözlənilir. Bu isə o deməkdir ki, Rusiyada maksimum 1,4 milyon yeni minik avtomobili satılacaq. Pessimist proqnoza görə isə bu rəqəm 1,1 milyon ola bilər, yəni 2024-cü illə müqayisədə azalma 30%-ə çata bilər.
Qeyd edək ki, avqustun ortalarınadək Rusiyada cəmi bir ədəd flaqman krossover "Moskviç” satıla bilib.
Buna səbəb avtomobilin qiymətinin Çin analoqlarından baha olması göstərilir. Üstəlik, "Moskviç” əslində Çin istehsalı olan Sehol X8 modelinin surətidir.
Bundan başqa, ruslar yeni Lada İskra modelinin istehsalında da gecikiblər. İndi kütləvi istehsalın ən tez mart-aprel aylarında başlaması gözlənilir.
Alpər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.