AZ

Ağdamda 16 yaşlı qıza cinsi zorakılıqda şübhəli bilinən 4 nəfər SAXLANILDI

Ağdam rayonunda 16 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılan dörd nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, sözügedən əməli törətməkdə şübhəli bilinən şəxslər barədə Ağdam rayon məhkəməsində qərar verilib.

Qeyd edək ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində qeydə alınıb. Sözügedən faktla bağlı zərərçəkən yeniyetmə ailəsinə məlumat verib. Ailəsi isə yerli hüquq-mühafizə orqanlarına məlumat verib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Seçilən
0
25
bizim.media

10Mənbələr