AZ

İsrail Avroviziyada iştirak etsə, biz imtina edəcəyik İrlandiya

ain.az, Axar.az portalına istinadən məlumat verir.

İsrailin iştirakına icazə verilərsə, İrlandiya 2026-cı ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.

“RTE-nin mövqeyi ondan ibarətdir ki, İsrail iştirak edəcəyi təqdirdə İrlandiya “Avroviziya 2026” Mahnı Müsabiqəsində iştirak etməyəcək və İrlandiyanın iştirakı ilə bağlı yekun qərar Avropa Yayım Birliyinin qərarından sonra veriləcək”, - deyə telekanalın bəyanatında bildirilir.

RTE-nin baş direktoru Kevin Bakhert qeyd edib ki, Qəzzada davam edən dəhşətli insan ölümləri fonunda İsrailin bu yarışmada iştirakı qəbuledilməzdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
7
axar.az

8Mənbələr