Bu gün Azərbaycan 1-ci liqasında 2025/26 mövsümü start götürüb.
Sportinfo.az xəbər verir ki, 10 komandalı çempionatın ilk günündə 2 matç keçirilib.
MOİK ötən mövsüm 2-ci liqanın qalibi olan "Şahdağ Qusar"ə qəbul edib. "Zaqatala" isə "Cəbrayıl"la qarşılaşıb.
Qeyd edək ki, ötən mövsüm 1-ci liqada çempionluğu "Qəbələ" qazanmışdı.
11 sentyabr (cümə axşamı)
16:30. MOİK – “Şahdağ Qusar” - 1:2
Qollar: S.Fərəcov, 55 - R.Voronsov, 50, 90+1
Hakimlər: Emin Əliyev, Aydın Bəxşiyev, Rasim Axundov, İslam Məmmədov
Binə qəsəbə stadionu
16:30. “Zaqatala” – “Cəbrayıl” - 1:0
Qol: M.Məmmədov, 22
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Vüqar Bayramov, Namiq Bəkirov
Zaqatala OİK stadionu
12 sentyabr (cümə)
16:30. “Şəfa” – “Şimal”
19:00. “Səbail” – “Mingəçevir”
13 sentyabr (şənbə)
16:30. “Baku Sportinq” – “Difai”