AZ

"Cənubi Qafqazda hər hansı infrastruktur layihəsi Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həyata keçirilməlidir" - DEPUTAT

"Cənubi Qafqazda hər hansı infrastruktur layihəsi Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həyata keçirilməlidir" - DEPUTAT"Ermənistanın Baş naziri Nikol Paşinyanın "Tramp marşrutu" (TRIPP) layihəsi ilə bağlı açıqlamaları daxili auditoriyaya hesablanmış çıxışdır. Baş nazir bununla radikal müxalifətin sülh gündəliyi üzərindən manipulyasiya etmək cəhdlərini minimallaşdırmağa çalışır. Artıq hər kəs Cənubi Qafqazın siyasi-iqtisadi gündəminin Azərbaycan yaratdığı yeni geosiyasi reallıqlar fonunda formalaşdığını qəbul edir. Avqustun 8 - də Vaşinqtonda keçirilən üçtərəfli görüş üçündə zəmini məhz ölkəmiz yaratmışdı. Bu baxımından Nikol Paşinyanın daxili auditoriyaya hesablanmış çıxış etsə belə, unutmamalıdır ki, Cənubi Qafqazda hər hansı yeni logistika və nəqliyyat marşrutunun reallaşması yalnız Azərbaycanın maraqları kontekstində reallaşa bilər".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, Cənubi Qafqazda hər hansı infrastruktur layihəsi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və milli maraqlarına hörmət çərçivəsində həyata keçirilməlidir:

"Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi ölkəmizin strateji hədəflərindən biridir və bu marşrutun açılması təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Ermənistan tərəfi də tez bir zamanda zəruri infrastruktur təkmilləşdirilmələrini etməli və onlar üçün yaranmış tarixi fürsəti düzgün qiymətləndirməlidir.

Azərbaycanın mövqeyi aydındır. Cənubi Qafqazda hər hansı infrastruktur layihəsi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və milli maraqlarına hörmət çərçivəsində həyata keçirilməlidir. İstənilən alternativ layihələr də yalnız region dövlətlərinin iştirakı və qarşılıqlı faydalı əməkdaşlıq əsasında uğur qazana bilər. Ermənistan daxilində mövcud razılaşmalara əks mövqe sərgiləyənlər anlamalıdır ki, xarici havadarların siyasi gündəmlərinə söykənən yarımçıq təşəbbüslər regionda davamlı sülh və əməkdaşlıq yaratmayacaq.

Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyur və regionun iqtisadi inteqrasiyası naminə bütün real təşəbbüsləri dəstəkləməyə hazırdır".

Seçilən
74
sonxeber.az

1Mənbələr