AZ

Neftçalada 1 yaşlı körpə anasının qucağından düşərək ölüb

Neftçalada 1 yaşlı uşaq faciəvi şəkildə ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun II Qaralı kəndində baş verib.

Kənd sakini 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızının qucağında olan əkiz uşaqlarından biri, 2024-cü il təvəllüdlü körpə ehtiyatsızlıqdan yerə düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan körpə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
4
anews.az

10Mənbələr