AZ

Özbəkistanda avtobuslardan pulsuz istifadə edənlərin sayı artır

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

Özbəkistanda əhaliyə sosial dəstəyin gücləndirilməsi, sosial müdafiə tədbirləri, dövlət tərəfindən vətəndaşlara göstərilən sosial xidmətlərin həcmi və növlərinin gücləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilir.Maraqlıdır ki, bu istiqamətdə aparılan işlər əsasında müəyyən kateqoriyadan olan vətəndaşların şəhər sərnişin nəqliyyatından pulsuz istifadə etmək imkanı yaradılıb.O cümlədən, bu gün 9 kateqoriyadan olan şəxs şəhər sərnişin nəqliyyatından pulsuz istifadə etmək hüququna malikdir. Son 2 ildə dövlətimizin başçısının təşəbbüsü ilə ətrafdakılardan qayğıya ehtiyacı olan tənha ahılların, tənha yaşayan ahılların, sağlamlıq imkanları məhdud şəxslərin, habelə “Özbəkistan Respublikasının fəxri donoru” döş nişanı ilə təltif edilmiş vətəndaşların şəhər sərnişin nəqliyyatından pulsuz istifadə etmək imkanı yaradılıb.İndi bu kateqoriyadan olan şəxslərin sıraları genişlənir. Yeni hazırlanmış “Sosial müdafiəyə ehtiyacı olan əhalinin dəstəklənməsi haqqında” qanun layihəsinə əsasən, şəhər sərnişin nəqliyyatından I qrup əlil və onları müşayiət edən bir nəfər, habelə II Dünya müharibəsi əlillərinə bərabər tutulan şəxslər üçün pulsuz istifadə yaradılır.Layihədə o da nəzərdə tutulur ki, dövlət orqanları və onların vəzifəli şəxsləri avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki və hüquqi şəxslərin təsərrüfat fəaliyyətinə müdaxilə edə, yalnız təbii və ya texnogen xarakterli fövqəladə hallarda, belə vəziyyət yarandıqda həmin təşkilatların işçilərini başqa işlərə cəlb edə bilərlər.Bu yaxınlarda parlamentin aşağı palatası tərəfindən birinci oxunuşda qəbul edilmiş bu qanun layihəsində nəzərdə tutulan normalar sosial müdafiəyə ehtiyacı olan əhalinin sosial müdafiəsinə və vətəndaşlara dövlət tərəfindən sosial xidmətlərin göstərilməsinin əhatə dairəsinin daha da genişləndirilməsinə xidmət edəcəkdir. Eyni zamanda, onlar qanunvericilikdəki boşluqların doldurulması üçün əsas olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
newscenter.az

1Mənbələr