AZ

İsveç Rusiya səfirini XİN-ə çağırıb

İsveç Xarici İşlər Nazirliyi Polşanın hava məkanının pozulması ilə əlaqədar Rusiya səfirini nazirliyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə İsveç XİN-in mətbuat xidməti məlumat yayıb.

“Bu gün İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini çağırıb. Bu addım sentyabrın 10-da baş verən Rusiyanın Polşa hava məkanını pozmasına etiraz olaraq atılıb”, – rəsmi açıqlamada bildirilib.

Xatırladaq ki, sentyabrın 10-u səhər saatlarında Polşa Ordusunun Əməliyyat Komandanlığı ölkənin hava məkanını pozan bir neçə PUA-nı məhv edib.

Seçilən
14
8
operativmedia.az

10Mənbələr