AZ

FTB Çarli Kirkin qətlilinin FOTOSUNU YAYDI

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Solt-Leyk-Siti bölməsi amerikalı siyasətçi və bloger Çarli Kirkin qətlində görə şübhəli bilinən bir kişinin fotosunu yayımlayıb.

Publika.az xəbər verir ki, şəkillər FTB-nin "X"dəki səhifəsində dərc olunub.

“Biz ictimaiyyətdən Çarli Kirkin Yuta Vadisi Universitetində öldürülməsi ilə əlaqəli olduğu güman edilən şəxsin kimliyinin müəyyənləşdirilməsində yardım etməyi xahiş edirik,” — deyə FTB-nin açıqlamasında bildirilir.

Fotoda papaq və tünd eynək taxmış, cins şalvar və üzərində şəkil olan uzunqollu köynək geyinmiş orta yaşlı bir kişi görünür.

Çarli Kirkin qətlinə cəhd 10 sentyabr tarixində ABŞ-ın Yuta ştatında baş verib. Aktivist universitet kampusunda çıxış edərkən təxminən 800 metr məsafədən atəşə tutulub və güllə onun boynuna dəyib. ABŞ Prezidenti Donald Tramp blogerə sui-qəsd edən şəxsin ölüm cəzasına məhkum edilməsi barədə fərman imzalayıb. 14 sentyabra qədər Çarli Kirkin xatirəsinə ABŞ boyunca bütün dövlət bayraqları yarıya endiriləcək.

Seçilən
13
publika.az

1Mənbələr