AZ

Rusiya Avropaya hücum edə bilər Putin ilk anonsu verdi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Rusiya PUA-larının daha öncə də Polşaya keçidi qeydə alınıb, lakin son hadisə Ukrayna ətrafında baş verənlər fonunda diqqətəlayiqdir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərmanlı Polşa ətrafında baş verən son prosesləri şərh edərkən deyib.

O qeyd edib ki, Moskva bu hücumu təkzib etməyə çalışır, NATO da hücumun məqsədyönlü şəkildə edilmədiyini açıqlamaqla məsuliyyətdən yayınır:

“Lakin hücum Rusiyanın konkret hədəflərinə hesablanıb. Moskva bununla Qərbin reaksiyasını yoxlayır, eyni zamanda, Ukraynanı dəstəkləyən Avropaya “müharibə NATO-nun nəzarət zonasına sıçraya bilər” mesajını verməyə çalışır. Çünki ABŞ-la müəyyən anlaşmalar əldə edən Rusiya Ukrayna məsələsində istədiyinə nail ola bilməməsinin səbəbkarı kimi Avropanı görür”.

A.Nərimanlı bildirib ki, Polşaya hücum müharibənin Avropaya sıçaraya biləcəyi riskini də aktuallaşdırdı:

“Fikrimcə, hadisələrin inkişafı Avropa ölkələrinin Ukraynaya verəcəyi dəstəkdən asılı olacaq. Əgər bu dəstək tam şəkildə davam edəcəksə və Rusiya istədiyinə nail ola bilməyəcəksə, o zaman, birbaşa Avropanın təhlükəsizliyini təhdid edəcək addımlar ata bilər, xüsusilə Şərqi Avropa ölkələrinə qarşı müxtəlif təxribatların törədiləcəyi gözləniləndir”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
globalinfo.az

1Mənbələr