ABŞ Prezidenti Donald Tramp Ukrayna vətəndaşı İrina Zarutskayanın qətli ilə bağlı sərt mövqe sərgiləyib.
Milli.Az xəbər verir ki, o, "Truth Social" hesabındakı paylaşımında gənc qızın qatilinə ölüm hökmü verilməsinin vacib olduğunu bildirib.
"Amerikaya təhlükəsizlik və dinclik tapmaq üçün gələn gənc ukraynalı qızı bu qədər vəhşicəsinə öldürən cani heç bir şübhə doğurmadan çox tez mühakimə olunmalı və ölüm cəzasına məhkum edilməlidir. Başqa variant ola bilməz", - deyə Tramp qeyd edib.
Xatırladaq ki, hadisə avqustun 22-də baş verib. Belə ki, ABŞ vətəndaşı DeKarlos Braun tramvayda 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayaya bıçaqla hücum edib. Bıçaq xəsarətləri alan gənc qız yerində həyatını itirib. Qatil isə hadisədən dərhal sonra həbs olunub.
Məlumata görə, DeKarlos Braun daha əvvəl də hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, hər dəfə girov müqabilində azadlığa buraxılıb.
Milli.Az