Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, açıq sahədə taxta tullantılarının yandığı müəyyən edilib.
Yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 500 kv.m. sahədə taxta tullantıları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
***20:48
Buzovna - Maştağa yolunda, Albalılıq adlanan ərazidı güclü yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə BakuTV məlumat yayıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta