AZ

"Ümid edirəm ki, yerli baş məşqçi təyinatı reallaşar"

2026-cı ildə keçiriləcək dünya çempionatının 1-ci turunda İslandiyaya 0:5 hesabı ilə uduzan Azərbaycan millisi baş məşqçi Fernandu Santuşun AFFA tərəfindən istefaya göndərilməsinin ardından özündən küsdürdüyü azarkeşlərin könlünü ala bildi. Müvəqqəti olaraq portuqaliyalı mütəxəssisin yerini tutan Ayxan Abbasovun rəhbərliyi altında Bakıda Ukrayna seçməsi ilə qollu heç-heçəyə razılaşan (1:1) kollektiv əzmkar çıxışla ilk xalını qazandı. Azərbaycan millisinin sabiq hücumçusu, hazırda 2-ci Liqa komandası "Şəmkir"i çalışdıran Vüqar Nadirovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Milli komandamiz həqiqətən Ukrayna ilə oyunda əsl xarakter göstərdi. O təzyiqə 90 dəqiqə dözmək çox çətindir, amma uşaqlar bacardılar. Görünən budur ki, yerli məşqicilərimizə inanmalıyıq. Ayxan Abbasov qısa müddət ərzində komandanı toparlaya bildi. Matç ərzində də canfəşanlıq edir, futbolçuları oyundan qopmağa qoymurdu. Həm milli komandamızı, həm xalqımızı, həm Ayxan Abbasovu bu xal münasibəti ilə təbrik edirəm. Bir daha sübut olundu ki, sadəcə inanmaq lazımdır. Millinin yanında olmalı, hər birimiz komandamıza bacardığımız qədər motivasiya verməliyik. Ümid edirəm ki, yerli baş məşqçi təyinatı reallaşar və millidə milliyə layiq olan futbolçular yer alar".

Nihat

Seçilən
12
1
fanat.az

2Mənbələr