AZ

Meşə yanğınlarına görə kolleksiyasını satacaq Fotolar

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Meksikalı rejissor Gilermo del Toro onun filmlərindən olan əşyaları "Heritage" hərrac evində satışa çıxaracaq.

Axşam.az xəbər verir ki, hərrac sentyabrın 26-da baş tutacaq.

Rejissor onilliklər ərzində topladığı kolleksiyasının əhəmiyyətli hissəsini satacaq. Hərracda Gilermonun karyerasını və maraqlarını əhatə edən lotlar nümayiş olunacaq.

Del Toro bildirib ki, Los-Ancelesdə baş verən son meşə yanğınları onu şəxsi kolleksiyası ilə vidalaşmağa vadar edib.

"Mən inanıram ki, kolleksiya toplamaq, ona sahib olmaqdır. Onu qorumaq müqəddəs bir öhdəlikdir" deyə, rejissor qeyd edib.

Kolleksiya üç mərhələdə satışa çıxarılacaq. İlk hərrac sentyabr ayında, ikincisi 2026-cı ilin yazında, üçüncüsü isə həmin ilin sonunda keçiriləcək. "Heritage" hərrac evi sentyabrda Beverli-Hillzdə nümayişlər təşkil edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
axsam.az

1Mənbələr