2027-ci ildə UEFA Çempionlar Liqasının finalı Madriddə keçiriləcək. Msport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşü “Atletiko”nun stadionu “Sivitas Metropolitano”da olacaq.
Adıçəkilən stadion 2019-cu ildə də Çempionlar Liqasının finalını qəbul etmişdi.
Qeyd edək ki, 2027-ci ildə keçiriləcək final oyunununu təşkil etməyə Bakı Olimpiya Stadionunun da namizədliyi verilmişdi.