AZ

Masallının Qədirli kəndi ciddi su qıtlığı ilə üzləşib - FOTO

Masallının Qədirli kəndi susuzluqdan əziyyət çəkir.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, kəndin ərazisi şoran torpaqlardan ibarət olduğundan yerli sakinlər üçün əsas su mənbəyi Viləş çayının qoludur. Lakin bir müddətdir ki, çaydan su fasilələrlə verildiyi üçün əhali ciddi çətinliklərlə üzləşib.

Hazırda məişət ehtiyacları üçün sakinlər əsasən Ərkivan kəndindən gətirilən sudan istifadə edirlər. Ancaq təsərrüfat, xüsusilə də mal-qaranın suvarılması üçün su tapılmır.

“Əkin-biçin edə bilmirik, hamısı yanıb gedir. Bircə taxıl əkirik, o da dəmyə şəraitində becərilir. Su olsa, burada hamı əkinçiliklə məşğul olar, çünki münbit şərait var”, – deyə kənd sakini Kamil İbişov bildirib.

Sakinlərin sözlərinə görə, yaxınlıqdakı kənddə əvvəllər suyun verilişini tənzimləyən anbar mövcud olub. Lakin sonradan həmin anbardakı su tamamilə boşaldılıb və hazırda istifadə olunmur.

Seçilən
16
3
teleqraf.com

4Mənbələr