AZ

Şəhid Elbrus Əliyevin əziz xatirəsi unudulmur

Babək rayonunun Çeşməbasar kəndindən olan qəhrəman şəhid Əliyev Elbrus Ələkbər oğlunun mövlud günü münasibətilə məzarı ziyarət olunub. Ziyarət zamanı şəhidin ruhuna dualar oxunub, igid övladımızın Vətən uğrunda göstərdiyi şücaət və fədakarlıq böyük ehtiramla yad edilib.

1973-cü ildə Babək rayonunun Çeşməbasar kəndində anadan olan Əliyev Elbrus Ələkbər oğlu orta məktəbi bitirdikdən sonra bir müddət Naxçıvan Yol Təmiri İdarəsində fəhlə kimi çalışıb. 1992-ci il martın 23-də isə hərbi xidmətə çağırılaraq əvvəlcə Naxçıvanda, daha sonra Sədərəkdə xidmət edib.

1992-ci il mayın 18-də səhər saatlarında erməni silahlı birləşmələrinin Sədərək istiqamətində ağır zirehli texnika ilə qəfil hücumu zamanı Elbrus Əliyev Ucubiz dağının zirvəsində yerləşən postda xidmət aparırdı. O, qeyri-bərabər döyüşdə son damla qanına qədər vuruşaraq qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı.



Seçilən
14
herbiand.az

1Mənbələr