AZ

Vətən müharibəsi şəhidinin xatirə tədbiri keçirilib

Vətən müharibəsi şəhidi Meydanov Elməddinin ad günü münasibətilə xatirə tədbiri keçirilib.

Şərur şəhər icra hakimiyyətlərinin rəsmiləri, şəhidlərin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər, ictimaiyyət nümayəndələri Şərur şəhər Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarının önünə əklil, çələnglər qoyaraq onların xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə iştirak edən rəsmilər çıxışlarında qeyd ediblər hər biri hərbi qulluqçunun qısa, lakin şərəfli, hər gənclər üçün örnək olan ömür yollarından, Azərbaycan Ordusunda nümunəvi hərbi xidmətlərindən, eləcə də Vətən müharibəsi cəbhələrində hərbi əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açıb, onların ölümlərindən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Elməddin Meydanov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kapitanı olan Elməddin Meydanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Meydanov oktyabrın 27-də Zəngilan döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Meydanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüşş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Meydanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Meydanov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Ruhu şad olsun!



Seçilən
18
herbiand.az

1Mənbələr