AZ

Daha bir ölkə Rusiya səfirinə xəbərdarlıq etdi

Polşada baş verən PUA insidenti ilə bağlı Rusiyanın Praqadakı səfiri Aleksandr Zmeyevski ölkənin Xarici İşlər Nazirliyinə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Çexiya xarici işlər naziri Yan Lipavski deyib.

Lipavski bildirib ki, Çexiya bu məsələdə Polşanı tam dəstəkləyir.

Zmeyevski XİN-də nazir müavini Yan Marianla görüşüb. Görüş təxminən 15 dəqiqə davam edib.

Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus PUA-lar Polşaya hücum etmişdi.

Seçilən
4
2
axar.az

3Mənbələr