AZ

"Səbail" iranlı hücumçunun keçidini rəsmiləşdirdi

Azərbaycan I Liqasında çıxış edən "Səbail" legioner futbolçu transfer edib.

Fanat.Az xəbər verir ki, "dənizçilər" son olaraq Kosovanın "Dukagjini" kollektivində çıxış etmiş  iranlı hücumçu Ali Babaei ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçunun müqaviləsinin müddəti birillikdir.

Qeyd edək ki, "Səbail" ötən mövsüm Misli Premyer Liqasında 22 xalla sonuncu yeri tutaraq I Liqaya yollanıb.

Seçilən
5
1
fanat.az

2Mənbələr