Naxçıvanda əsən güclü külək bədbəxt hadisənin baş verməsinə səbəb olub.
Hadisə şəhərin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb. Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb. Xəsarət alan 68 yaşlı qadın Naxçıvan Muxtar Respublika xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Güclü külək Ağdam rayonunda da fəsadlar törədib.
Belə ki, güclü külək elektrik enerjisinin verilişində fasilə yaradıb.
Rayonun bir sıra kənd və qəsəbəsində elektrik enerjisinin, həmçinin internetin verilişində fasilə yaranıb.
Hazırda yaranmış çətinliyin aradan qaldırılması istiqamətində profilaktik işlər davam etdirilir. \\APA